Gümrah və sağlam olmağın


Digərləri 14 Okt 2018 19:40:00 347 0

Gümrah və sağlam olmağın

Günə fəal başlamaq, pozitiv olmaq keçirəcəyimiz bütün günə, iş fəaliyyətimizə, hətta insanlarla münasibətimizə təsir edir. Lakin çox zaman buna nail ola bilmirik. Bunun sirri isə insanın özünü gümrah hiss etməyindədir. Tənbəllik etməyin, xırda işlərə baş qoşmağa ərinməyin. Kiçik bir addım bütün əhvalınızı dəyişə bilər.

1. Makaron qida dəyəri çox yüksək olan bir yeməkdir, amma diqqət edin. Makaron insulin müqaviməti olanları kökəldə bilər. Tam buğda olanlara üstünlük verin.

2. Metabolizmanı sürətləndirən yeganə vasitə idmandır.

3. Pəhriz gündəliyi olanların arıqlamağı daha müvəffəqiyyətli olur.

4. Sevgilisi olanlar, aşiq olanlar arıqlamaqda daha çox uğur əldə edir. Əlbəttə ki, sevgi də qədərində olmalıdır.

5. Davamlı pəhriz saxlayanların arıqlaması daha çətindir, fasilə vermək, üzmək yaxşı nəticə verər.

6. Davamlı arıqlayıb-kökələnlər bir müddət sonra çəkilərini azalda bilmirlər. Yolun başındaykən doğru yolu seçin.

7. Avtomobil istifadə edənlər daha yavaş çəki azaldır.

8. Dərmanlarla arıqlamaq hələ müzakirə edilməkdədir. Yan təsirləri səbəbindən uzunmüddətli istifadələri tövsiyə edilmir. Qısamüddətli istifadə isə nəticə vermir. Yəni, dərmanlardan uzaq durun.

9. Bu terminlərdən qaçın. Apteklər və ya məhsullar üzərində  "tez, asan, zəmanət, möcüzə, yeni kəşf" yazıldığını gördükdə oradan qaçın. Bunlar yalnız sizi aldatmaq üçün istifadə edilən təhlükəli sınaqlar ola bilər.

10. Avokado meyvə və ya tərəvəz deyil, yağ qrupuna aid qidadır.

11. Süd tozu və kremlərin pis xolesterolu yüksəkdir.

12. Qəhvə kimi içdiyiniz bol sulu və şəkərli içkilər 1 dilim keksdən daha kalorilidir.

13. Vitamin və mineral həbləri kifayət qədər olmayan qidalanmanı tamamlamır. Kifayət qədər və nizamlı qidalanmanı yalnız ehtiyacınız olan qidalarla tamamlaya bilərsiniz.