Kadırov xuliqanlığa görə tutulan futbolçuları


Dünya 14 Okt 2018 19:24:00 284 0

Kadırov xuliqanlığa görə tutulan futbolçuları

Çeçenistanın prezidenti Ramzan Kadırov bir neçə gün öncə törətdikləri cinayət əməlinə görə həbs olunan futbolçular - Aleksandr Kokorin və Pavel Mamayevlə bağlı təklif irəli sürüb.

Son.az qol.az-a istinadən xəbər verir ki, o, istintaqın nəticəsindən asılı olmayaraq, "Axmat" klubunun hər iki oyunçunu heyətinə qatmağa hazır olduğunu bildirib. Kadırov bu yolla həm onların futbolsuz qalmamasını təmin etmək, həm də futbolçulara tərbiyə verməyin mümkün olduğunu söyləyib:

"Pavel Mamayev və Aleksandr Kokorin idmançıya yaraşmayan hərəkətlərlə gündəmə gəldilər. Onların hərəkətinə haqq qazandırmıram. Bu işlərlə istintaq və məhkəmə məşğul olur. "Axmat" klubunun rəhbərliyi ilə məsləhətləşdim, biz istənilən halda, futbolçular azadlığa buraxıldıqdan sonra onları komandada işlə təmin etməyə hazırıq".