Məşhur idmançı müflis oldu, diplomata çevrildi FOTO


Digərləri 14 Okt 2018 19:30:00 314 0

Məşhur idmançı müflis oldu, diplomata çevrildi  FOTO

Bir zamanlar dünyanın ən güclü tennisçisi sayılan Boris Bekker müflis olub.

Son.az European-a istinadən bildirir ki, 50 yaşlı alman tennisçi parlaq idman karyerası ərzində kortlarda və reklam müqavilələrinin hesabına 150 milyon dollar qazanmışdı.

İndisə o, iflasa uğrayıb və borclarının ümumi məbləği 70 milyon dolları keçib.

Boris Bekkerin biznes fəaliyyəti uğursuz olub. Onun startap layihələri, "Mercedes" avtosalonları pul gətirməyib, Nigeriyadakı neft biznesi 10 milyon dollarlıq itkiyə səbəb olub.

Bekker daşınmaz əmlakının praktiki olaraq zamısını satıb. İndisə o, tennis matçlarında əldə etdiyi kubokları və şəxsi əşyalarını satır.


Xəbərə aid fotolar