Türkiyə niyə Bransonu buraxdı? –


Dünya 14 Okt 2018 19:13:00 245 0

Türkiyə niyə Bransonu buraxdı? –

Rahib Branson məsələsinə bundan əvvəl Türkiyəyə qarşı başladılan və sistemli xarakter alan "Gəzi" hadisələri, 17-25 dekabr MİT böhranı, artan terror hadisələri, 15 İyun dövlət çevrilişinə cəhd, Suriyanin şimalında formalaşdırılmağa çalışılan PKK terror dövləti də daxil olmaqla, bir-biri ilə əlaqəli olan imperial layihələrin tərkib hissəsi kimi baxmaq lazımdır.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu deyib. O bildirib ki, amerikalı missioner rahib Branson hadisəsinin əlbəttə, görünən tərəfiylə yanaşı, görünməyən tərəfləri də var:

"Türkiyəyə qarşı aparılan siyasətin əsas səbəbi Ankaranın son on ildə daxili və xarici siyasətdə həyata keçirməyə çalışdığı müstəqil siyasi kurs və geniş mədəniyyət coğrafiyalarında yaşayan qardaş xalqlarla birlikdə yeni dünya nizamında layiq olduğu güclü mövqeyi əldə etmə istəyidir. Türkiyəyə qarşı son illər filmlərə mövzu olacaq bir kəşfiyyat savaşı aparılır. Ankara bir-birinin ardınca bütün oyunları tərsinə çevirərək güclənir. Əvvəl-axır dünya Türkiyənin bu tarixi missiyası, gücü, apardığı müstəqil siyasətlə razılaşmaq məcburiyyətində qalacaq. ABŞ Türkiyə olmadan Avrasiya regionunda strateji bir təsir icra edə bilməz. Bu mənada Branson məsələsi təfərrüatdır".

T.Nüsrətoğlu vurğulayıb ki, Türkiyənin bölgə ilə, dünya nizamı ilə bağlı daha ciddi planları, hədəfləri var: