İmam Hüseynin (ə) kömək istəməsi əslində nəyi çatdırır?


Digərləri 14 Okt 2018 19:15:00 248 0

İmam Hüseynin (ə) kömək istəməsi əslində nəyi çatdırır?

Həzrəti Hüseyn (ə) barədə maraqlı bir bəhs də bu mövzudur. Tarixin yazdığına görə imam Hüseyn (ə) bu məşhur cümləni qeyd etmişdir: "Həl min nasiri yənsuruni?" "Mənə kömək edən varmı?"

Son.az islaminsesi.info-ya istinadən bildirir ki,  tarixi hadisələrin gedişatına və Quran ayələrinə nəzət yetirdikdə bir məsələ zahirən gözə çarpır.

Quran ayələrində Allah möminlərə kömək edəcəyindən söz açır. Həmin ayələrə nəzər yetirək:

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

"Şübhəsiz ki, Biz Öz rəsullarımıza və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik." ("Ğafir" surəsi, 51)

Burada maraqlı bir sual yaranır. Bir çox mömin dəstə zahirən məğlubiyyətə məruz qalıb. Hərbi baxımdan məğlub olub. Əgər Allah öz peyğəmbərlərinə və ona iman gətirənlərə dünya və axirətdə kömək edəcəyinə vəd veribsə tarix boyu şəhid edilən peyğəmbər və möminlərə niyə kömək edilməyib? Yaxud sualı belə qoyaq: Allahın vəd verdiyi kömək nədən ibarətdir?

إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ

"Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz." ("Ali-İmran" surəsi, 160)

وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

"...Möminlərə kömək etmək Bizə vacibdir! (Biz Öz vədimizə əməl edərək möminlərə yardım etməliyik!)" ("Rum" surəsi, 47)

Bu ayələrlə tanış olduqdan sonra bunu da bilək ki, Allah verdiyi vədi pozmaz və ən doğru və gözəl danışan Allahdır. (Bax: "Ali-İmran" surəsi, 9-194, "Nisa" surəsi,122)

Deməli, Allahın verdiyi vəd mütləqdir. Onda təkrar yenə sual yaranır: Bəs yuxarıda da qeyd etdiyimiz kimi tarix boyu ilahi peyğəmbərlər və bir çox müharibələrdə möminlər və peyğəmbərlər şəhid edilmişdir. Elə isə köməkdə əsl məqsəd nədir?

Qurani-Kərimə nəzər saldıqda kömək sözünün müxtəlif mənalarda işləndiyinin şahidi oluruq:

1-ci məna: İntiqam. (Bax: "Şuəra" surəsi, 227, "Şura" surəsi, 41)