Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib (FOTO)


Digərləri 14 Okt 2018 18:35:00 234 0

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib (FOTO)

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib

Bakı. Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir. Trend-in məlumatına görə, cəbhəboyu zonada yerləşən “N” saylı hərbi hissədə xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yola salma mərasimi keçirilib. Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası və Dövlət bayrağının mərasimə gətirilməsi ilə başlayıb. Sonra xidmət müddəti başa çatmış hərbi qulluqçular döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına rəmzi olaraq silah, zirehli jilet və dəbilqələri təqdim ediblər. Gənc əsgərlər uğurla, Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.