“Uşaqlarımız həlak olur, generallar isə kef edir və məşuqə saxlayırlar” FOTO


Dünya 14 Okt 2018 18:20:00 238 0

“Uşaqlarımız həlak olur, generallar isə kef edir və məşuqə saxlayırlar”  FOTO

Oktyabrın 1-də işğal olunmuş Xocavənd (Martuni) rayonunda yerləşən hərbi hissələrdən birində həlak olmuş Gevorq Aroyanın qohumları Ermənistanın baş nazirindən müdafiə naziri David Toniyanın, Qarabağ separatçılarının lideri Bako Saakyanın və "müdafiə naziri" Levon Mnatsakanyanın istefasını tələb edirlər.

Virtualaz.org "Armtimes.com" nəşrinə istinadən xəbər verir ki, hərbçinin dayısı Armen Beqleryan Gümrüdəki Müqəddəs Akop kilsəsində xəbərdarlıq aksiyası təşkil edib və burada Gevorqun yoldaşları da iştirak edib. Ailə iddia etmək davam edir ki, Gevorq intihar etməyib, onu öldürüblər və buna görə çoxları cavab verməlidir.

"Söhbət yalnız mənim uşağımdan getmir, bütün uşaqların yaşamaq hüququ var. Paşinyan can, sən dedin ki, uşaqlarımızın hamısı bərabərdir, hamını orduya aparacağıq. Apardınız, bəs sonra? Hamımız bilirik, orada nələr baş verir, biz öz əllərimizlə uşaqlarımızı ölümə yollayırıq. Rus ruletinə çeviriblər... Qoy bu axırıncı uşaq, axırıncı qurban olsun. Bu məsələni həll edə bilmirsinizsə, deyin. Bir "tuşonka" yeyən Manveli tutublar. Başqa yeyən qalmadı? Onlar öz yerlərində qaldılar. Yenə yeyirlər. Biz isə, eşşək kimi, uşaqlarımızı göndərək ki, generallar kef etsin, məşuqələrini saxlasınlar?" - Armen Beqlaryan qeyd edib.

Əsgər Gevorq Aroyan

Aroyanın anası oğlu ilə hadisədən bir gün əvvəl görüşüb. Oğlan mənəvi cəhətdən sarsılmışdı, geyimsiz idi və göz qapağı göyərmişdi, başında çapıq vardı. "Ana deyib ki, indi başçının yanına gedəcəyəm. Gevorq isə onu dilə tutub ki, belə etməsin. Armine başçının yanına getmək istəyəndə nəzarət-butaxılış məntəqəsində ona kitabça veriblər - bu nəsə yeni şeydir, - bura valideyn öz rəyini yaza bilər. Armine deyir ki, "zampolit" faşist kimi durmuşdu, uşaq isə gərgin halda dedi ki, ana, yaz ki, hər şeydən razıyıq və minnətdarıq".