İran Rusiyadan elektrik enerjisi idxal edəcək


Dünya 14 Okt 2018 18:13:00 261 0

İran Rusiyadan elektrik enerjisi idxal edəcək

İran 2019-cu ildən başlayaraq Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri İranın energetika nazirinin müavini Homayun Hayeri yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu haqda razılaşma Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri ilə Moskvada keçirilən görüşdə əldə olunub. Qarşılıqlı razılaşmaya əsasən Rusiya elektrik enerjisini Azərbaycana ötürəcək. Azərbaycan isə mövcud xətlərlə enerjini İrana verəcək.