Şahin Mustafayev: Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır


Digərləri 14 Okt 2018 18:03:02 274 0

Şahin Mustafayev: Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır

Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır.

Bakı. Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha işıqlı sabahlara, daha firavan gələcəyə aparır. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənir, dövlətimiz qüdrətlənir, ölkəmiz davamlı və dayanıqlı inkişaf edir, Azərbaycanın dünyada nüfuzu artır: "İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən ötən 15 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub".