Çin: "ABŞın sanksiyalarına baxmayaraq, İranla iqtisadi münasibətlər inkişaf edir"


Dünya 14 Okt 2018 16:40:00 283 0

Çin: "ABŞın sanksiyalarına baxmayaraq, İranla iqtisadi münasibətlər inkişaf edir"

ABŞ-ın İran və Çinə embarqo tətbiq etmək haqda bütün xəbərdarlıqlarına rəğmən, iki ölkənin iqtisadi münasibətləri inkişaf etməkdədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Çinin Gömrük İdarəsinin sözçüsü və statistika analizi üzrə direktoru Li Kuy Ven deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsinin artması iki ölkə arasında əməkdaşlığın inkişafından xəbər verir. Çin İranın ilk və ən böyük neft alıcısı, eyni zamanda ən böyük qeyri-neft ixracatçısı sayılır. Bu tendensiya 2018-ci ildə də saxlanılıb.