Bakıda kirayə ev qıtlığı


Digərləri 14 Okt 2018 16:08:00 254 0

Bakıda kirayə ev qıtlığı

Məlum olduğu kimi, avqust ayının sonlarından başlayaraq kirayə mənzil bazarında qiymətlər kəskin bahalaşdı. Xüsusən də yeni dərs ilinin başlanması ilə əlaqədar minlərlə tələbənin paytaxta axın etməsi və kirayə mənzillərə tələbatın artması bahalaşmanı bir qədər də sürətləndirdi.

Eləcə də hökumətin qərarı ilə köhnə və yararsız vəziyyətdə olan  binaların sökülməsi ilə bağlı həyata keçirilən pilot layihələr paytaxda kirayə mənzil qıtlığının yaranmasına səbəb oldu. Artıq tələbələr demək olar ki, kirayə mənzillərdə tam olaraq yerləşiblər, bazardakı canlanma bir qədər səngiyib.

Bəs, qiymətlərdə hansı istiqamətdə dəyişiklik qeydə alınıb? Mənzil dəllalları bazarın durumunu necə qiymətləndirirlər?

Son.az bildirir ki, musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün kirayə mənzil bazarına baş çəkib və ev dəllalları ilə həmsöhbət olub.

Kirayə mənzil bazarında canlanma davam edir. "Makler"lər ötən aylarla müqayisədə bu ay kirayə qiymətlərinin bir qədər də bahalaşdığını bildirdilər. Belə ki, mərkəzə, magistral yola, metroya yaxın ərazilərdə ikiotaqlı mənzillərin qiyməti  300-350 manat, üçotaqlılar isə 400-500 manat arasında dəyişir.

Mənzil dəllallarının sözlərinə görə, qiymət artımının səbəbi kirayə verilən mənzillərin qıtlığı və tələbatın artmasıdır: "Bildiyiniz kimi, şəhərdə bir çox yerlərdə söküntü işləri aparılır. Tikinti şirktləri pillot layihə çərçivəsində sökdükləri binaların sakinlərini iki il müddətində Bakının müxtəlif yerlərində kirayəyə köçürürlər. Bu səbəbdən şəhərdə kirayə ev qıtlığı yaranır. Bu gün kirayə mənzil bazarında ev tapmaq müşkül məsələyə çevrilib. Misal üçün, metrostansiyaların yaxınlığında demək olar ki, kirayə evlər çox azdır. Olsa belə, qiyməti əvvəlkindən bir xeyli bahadır".


Xəbərə aid foto