Suriyada 2 uşaq minaya düşərək ölüb,


Dünya 14 Okt 2018 15:32:00 263 0

Suriyada 2 uşaq minaya düşərək ölüb,

Suriyanın cənubunda yerləşən Deraa əyalət mərkəzinin yaxınlığındakı Əl-Qaziyə və Şəcərə qəsəbələrində 2 uşaq terrorçuların basdırdığı minaya düşərək ölüb, daha 3-ü yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən rayonu iyulda tərk edən İŞİD terror təşkilatının yaraqlıları gedərkən kənd yolarının kənarlarına çoxlu sayda mina basdırıblar. Bu, Suriya ordusu tərəfindən azad edilmiş ərazilərdə dinc həyatın bərpasına mane olmaq məqsədi ilə edilib.