Çin: ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla iqtisadi münasibətlər inkişaf edir


Digərləri 14 Okt 2018 15:16:00 223 0

Çin: ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla iqtisadi münasibətlər inkişaf edir

ABŞ-ın İran və Çinə embarqo tətbiq etmək haqda bütün xəbərdarlıqlarına rəğmən, iki ölkənin iqtisadi münasibətləri inkişaf etməkdədir.

Bakı. Elnur Bağışov - ABŞ-ın İran və Çinə embarqo tətbiq etmək haqda bütün xəbərdarlıqlarına rəğmən, iki ölkənin iqtisadi münasibətləri inkişaf etməkdədir. Trend-in məlumatına görə, bunu Çinin Gömrük İdarəsinin sözçüsü və statistika analizi üzrə direktoru Li Kuy Ven deyib. Onun sözlərinə görə, ticarət dövriyyəsinin artması iki ölkə arasında əməkdaşlığın inkişafından xəbər verir. Çin İranın ilk və ən böyük neft alıcısı, eyni zamanda ən böyük qeyri-neft ixracatçısı sayılır. Bu tendensiya 2018-ci ildə də saxlanılıb.