25 yaşlı azərbaycanlı Rusiyada polis əməkdaşlarına hücum etdi


Kriminal 14 Okt 2018 14:43:00 232 0

25 yaşlı azərbaycanlı Rusiyada polis əməkdaşlarına hücum etdi

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhər idarəsi 25 yaşlı azərbaycanlı barəsində cinayət işinə başlayıb.

Virtualaz.org "Veçerni kuryer"ə istinadən xəbər verir ki, həmyerlimiz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Mənbəyə əsasən, oktyabrın 13-də polis əməkdaşları qaçırılmış avtomobili saxlayıblar. Avtomobildən çıxan şübhəli şəxs sağ əlində bıçaq tutaraq, polis əməkdaşlarına hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşı hücum edən şəxsi tabel silahından atəş açaraq sağ çiynindən yaralayıb.