Mahmud Abbas dünyaya səsləndi: "Beynəlxalq qorunma istəyirik"


Dünya 14 Okt 2018 14:36:00 266 0

Mahmud Abbas dünyaya səsləndi: "Beynəlxalq qorunma istəyirik"

Fələstin Dövlət Başçısı Mahmud Abbas, İsrailin cinayətlərinə cavabsız qalınmamasını və Fələstin əhalisi üçün beynəlxalq qorunma tələb edib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi WAFA bu barədə məlumat yayıb.

Mahmud Abbas, dünən Yəhudi mühacirlərin daş zərbələri ilə fələstinli qadının öldürülməsi hadisəsinə münasibət bildirərək: "Bu işğalçı dövlətin nəzarəti altında törədilən iyrənc bir cinayətdir və cəzasız qalmamalıdır", - bildirib.

Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə, sözügedən hadisəni İsrailin beynəlxalq cinayət törətməsi ilə bağlı istintaq başlatmaq üçün yetərli bir arqument kimi qiymətləndirilib.