18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib


Kriminal 14 Okt 2018 14:07:00 235 0

18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib

Oktyabrın 13-də Şabran rayonu Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyevin ölümünün təfərrüatı məlum olub

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində Mahir Şıxəliyevi dostu, 2003-cü il təvəllüdlü Elçin Gülbaba oğlu Bağırovun ehtiyatsızlıqdan güllələdiyi müəyyənləşib.

Belə ki, mərhum ovladığı quşları bişirən zaman dostuna bildirib ki, tüfəngi ona gətirsin. E.Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib, atəş açılıb. Nəticədə, güllə Şıxəliyevin sağ tərəfdən sifət nahiyyəsinə dəyib.