Qurban Qurbanov: Futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar


Digərləri 14 Okt 2018 14:01:00 266 0

Qurban Qurbanov: Futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar

Bu sözləri Azərbaycan - Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun deyib

UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Trend-in məlumatına görə, baş məşqçi hər bir oyunun vacib olduğunu deyib: “Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik. Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar”. “Heyətdə dəyişiklik etməyi düşünmürük. Ancaq əsas məşqimiz sabah səhər saatlarında olacaq və heyəti konkret olaraq həmin hazırlıqdan sonra müəyyənləşdirəcəyik.