Havadakı karbon dioksidlə reaksiyaya girərək özünü bərpa edən material hazırlanıb


Digərləri 14 Okt 2018 12:47:00 261 0

Havadakı karbon dioksidlə reaksiyaya girərək özünü bərpa edən material hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.

Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.