Türkiyədə qeyri-leqal miqrantlar yol qəzasında həlak olub: ən azı 18 ölü


Digərləri 14 Okt 2018 12:24:00 295 0

Türkiyədə qeyri-leqal miqrantlar yol qəzasında həlak olub: ən azı 18 ölü

Türkiyənin İzmir əyalətində yük maşını ilə qəza nəticəsində ən azı 18 qeyri-leqal miqrant həlak olub

Bakı. Tural Turan - Türkiyənin İzmir əyalətində yük maşını ilə qəza nəticəsində ən azı 18 qeyri-leqal miqrant həlak olub. Trend-in məlumatına görə, müəyyən olunmamış səbəblərə görə sürücü idarəetməni itirib və yük maşını aşıb. Hadisə yerinə gələn xilasedicilər yaralananları xəstəxanaya çatdırıb.