Jurnalistlər qazsız qalıblar


Digərləri 14 Okt 2018 12:13:00 265 0

Jurnalistlər qazsız qalıblar

Sutka boyunca əhalinin, şikayətçi insanların dərdini dinləyən, problemlərinin həllinə çalışan jurnalistləri özü məişət problemi ilə üzləşib. Bu hadisə Jurnalistlər evi-2-də baş verib. 

Son.az bildirir ki, msavat.com-a verilən məlumata görə, iki gündür 255 mənzillik binaya qaz verilişi dayandırılıb. Əvvəlcə elə düşünülüb ki, bu, müvəqqəti problemdir, Bayıldakı sürüşmənin aktiv mərhələyə keçməsi ilə bağlı həyata keçirilən preventiv tədbirlərin nəticəsidir. Ancaq sonra məlum olub ki, qonşu binanın qaz təminatı qaydasındadır.

Bundan sonra jurnalistlər problemin qaynağını tapıblar, aydın olub ki, problem binanın həyətindəki qazpaylayıcı qurğudadır (rusca QRP adlanır). Nəyə görəsə qurğu xarab olub. Binanın komendantı Bünyamin İsmayılov da qaz verilişinin kəsilməsinin səbəbinin qazpaylayıcı qurğuya görə olduğunu deyib və əlavə edib ki, bu barədə səlahiyyətli dövlət qurumuna - "Azərqaz"a məlumat versə də, onlar gəlib nasazlığı aradan qaldırmırlar.