Bakıda məzarlığı talayan şəxs iş başında tutuldu


Kriminal 14 Okt 2018 12:19:00 272 0

Bakıda məzarlığı talayan şəxs iş başında tutuldu

Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, saxlanılan şəxs xristianlara məxsus məzarların üzərində olan dəmir parçalarını oğurlayaraq satırmış. Həmin şəxsin əməlini sübut edən videogörüntü sosial şəbəkələrdə yayılıb.

10 EP 399 dövlət nömrə nişanlı "Moskvich" markalı maşınla qəbiristanlığa gələn şəxs elə iş başında yaxalanıb.

Videodan da aydın olur ki, həmin şəxs artıq dəfələrlə qəbiristanlıqdan oğurluq edib və bunu ona irad olaraq bildirirlər.