KİV: Skripal ötən il yerli xüsusi xidmət orqanlarını məlumatlandırmaq üçün İsveçrəyə gedib


Dünya 14 Okt 2018 11:01:00 325 0

KİV: Skripal ötən il yerli xüsusi xidmət orqanlarını məlumatlandırmaq üçün İsveçrəyə gedib

Rusiyada Böyük Britaniyaya casusluğa görə məhkum edilən Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal zəhərlənməmişdən bir ilə yaxın müddət əvvəl İsveçrəyə gedərək, yerli kəşfiyyat xidmətlərini məlumatlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "The Daily Telegraph" nəşri jurnalist Mark Urbanın "The Skripal Files" kitabına istinadən yazıb.

"2017-ci lin yayında bizim görüşlərimiz onun federal kəşfiyyat xidmətləri ilə danışmaq üçün İsveçrəyə etdiyi bir həftəlik səfərlə əlaqədar olaraq dayandırılıb", - deyə müəllif yazıb.

Bununla belə Skripal Urbana İsveçrə xüsusi xidmət orqanları ilə əlaqələrinin həqiqi mahiyyətini açıqlamayıb, lakin nəşrin ehtimalına görə, o, Rusiyanın Ümumdünya Antidopinq Agentliyinə (WADA) güman edilən kiberhücuma dair iş üzrə məlumat ötürə bilərdi.