Türkiyənin azadlığa buraxdığı keşiş Trampla görüşüb


Dünya 14 Okt 2018 10:12:00 258 0

Türkiyənin azadlığa buraxdığı keşiş Trampla görüşüb

Oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Son.az report-a istinadən bildirir ki, D.Tramp görüş zamanı bildirib ki, keşişin buraxılması ikitərəfli münasibətlər üçün irəliyə doğru böyük addımdır.

"Bu bizim münasibətlərimizdə böyük addım olacaq", - deyə o, keşişlə görüşü zamanı bildirib.

Tramp yenidən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.