"Telegram"ın işində problem yaranıb
Digərləri 14 Okt 2018 10:06:00 211 0
Dünyanın bir sıra regionlarında "Telegram" messencerinin işində problem yaranıb.
Son.az report-a istinadən bildirir ki, bu barədə messencerin "Twitter" mikrobloqunda məlumat yayılıb.
"Bizim klaster serverlərindən biri işləmir. Bu, Yaxın Şərq, Afrika və Avropanın bəzi hissələrinə aid ola bilər", - deyə məlumatda bildirilir.
Mənbə: milli.az