BakıQazax yolunda 2 yük avtomobili toqquşdu:


Digərləri 14 Okt 2018 09:55:00 234 0

BakıQazax yolunda 2 yük avtomobili toqquşdu:

Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş "KamAZ" markalı avtomobilə hərəkətdə olan "Shacman" markalı avtomobil çırpılıb. Nəticədə "Shacman"da sıxılıb qalmış sürücü - 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.