Çaylarda sululuq səviyyəsi açıqlandı


Digərləri 14 Okt 2018 09:33:00 242 0

Çaylarda sululuq səviyyəsi açıqlandı

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 145 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 81 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.