Günün qoroskopu: yaxınlarınızla ünsiyyət münaqişəyə çevrilməsin


Digərləri 14 Okt 2018 00:01:00 259 0

Günün qoroskopu: yaxınlarınızla ünsiyyət münaqişəyə çevrilməsin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın. Günün ikinci yarısı işdə rəhbərliklə danışmaq, həmkarlarla bəzi məsələləri müzakirə etmək üçün əlverişlidir. İşgüzar müzakirələr və yazışmalarda tələskənliyə yol verməyin. Axşam saatlarında emosiyalarınızın tarıma çəkilməsi dəyər verdiyiniz münasibətlərə zərbə vura bilər.

Buğa - Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın.  Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.

Əkizlər - Çevik, qıvraq, mütəhərrik olun. Cari işlərin öhdəsindən nəzərdə tutduğunuz vaxtdan da tez gələ bilərsiniz. Vədlərinizi yerinə yetirin. Öhdəlikləri unutmayın. Günün ikinci yarısında həmkarların yardımlarına bel bağlaya bilərsiniz. Bəlli məsələ ilə bağlı işdə rəhbərlik sizin dediklərinizi nəzərə alacaq. Yaradıcı insanlar üçün yaxşı zamandır. Axşam saatlarında məişət işlərinin yerinə yetirilməsində "üzüyola" olsanız, qohumlar və ailə üzvlərinizlə münasibətləriniz daha da yaxşılaşar.

Xərçəng - Qapalı olmayın, ünsiyyətdən yararlanın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda arqessiv davranmayın. Qarşı tərəfin dediklərinə qulaq asın, eşitdiklərinizi qulaqardına vurmayın. Özünüzdən bədgüman olmayın. Günün ikinci yarısında tərəfdaş və ya şəriklə müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. İşdə rəhbərliklə danışası olsanız, vəzifənizin artırılması, maaşın məbləğinin yüksəlməsi ilə bağlı çoxdan demək istədiklərinizi söyləyin. Şəxsi münasibətlərdə nəzakətli olun.

Şir - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır. Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin. Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır. Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər. Kommersiya işlərində uğurlu gündür. Axşam saatlarında romantik şəraitdə görüşü reallaşdıra bilərsiniz.

Qız - Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın. İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın.