Təngnəfəslik zamanı təbii vasitələr


Digərləri 13 Okt 2018 23:45:00 252 0

Təngnəfəslik zamanı təbii vasitələr

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz ki, bu, ilk növbədə, ürək-damar sistemində yaranan problemin əlamətidir. Hansı üsullardan istifadə etməklə bu sahədə olan problemi aradan qaldırmaq olar?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova həmin hallarla üzləşənlərin istifadə edə biləcəyi bir neçə resept haqqında məlumat verib .

Onun sözlərinə görə, heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm şirəsi təngnəfəsliyə qarşı istifadə olunan ən təsirli təbii vasitələrdir. Xörəkdə darçın işlətmək nəfəs yollarını genişləndirir, kərəviz yemək isə bu orqana faydalı təsir göstərir. Zəfəran ağciyərləri möhkəmləndirir və nəfəsalmanı genişləndirir.

O, bununla əlaqədar daha bir neçə sadə üsul haqqında danışıb: "Bir litr alma sirkəsinin içərisinə yarıya qədər şam ağacının qoz boyda təzə qozaları tökülür, 10 gün saxlanılandan sonra qozalar çıxarılır. Hazır sirkədən gündə iki dəfə səhər-axşam 1 xörək qaşığı 1 stəkan suya qarışdıraraq içilir.