Son zamanlar çox yayılan panik atakdan xilas yolları


Digərləri 13 Okt 2018 23:25:00 330 0

Son zamanlar çox yayılan panik atakdan xilas yolları

Panik atak çox yayılmış nevroloji pozulmadır. Statistikaya görə, insanların 6-8%-i nevrozun bu növündən əziyyət çəkir.

Son.az psixologiya.net-ə istinadən bildirir ki, panik atak əsasən çox həssas, sinir sistemi zəif olan insanlarda inkişaf edir. Bu pozulma hər yaşda başlaya bilər, ən çox 20-35 yaşları arasında başlayır. Qadınlarda kişilərə müqayisədə 2-3 dəfə çox olur.

Panik atakın əlamətləri:

- Sinə ağrısı və ya sinədə sıxılma hissi

- Nəbzin tezləşməsi, taxikardiya

- Tərləmə

- Güclü təngnəfəslik, boğulma hissi

- Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma

- Üşümə və ya əksinə istilik hissi

- Ürəkbulanması, qarın ağrısı

- Bədəndə titrəmə hissi

- Özünü və ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə

- Güclü ölüm, iflic keçirmə, dəli olma qorxusu.