Kişilərdə ginekomastiya


Digərləri 13 Okt 2018 22:50:00 262 0

Kişilərdə ginekomastiya

Normada hər kişi orqanizmində az miqdar qadın cinsi hopmonları vardır. Əgər bu hormonlar kişi hormonlarından çoxdursa ginekomastiya - kişilərdə süd vəzlərinin böyüməsi ilə özünü göstərir. Süd vəzləri bu zaman kişilərdə qadınlarınkına bənzəyir.

Səbəbləri: Kişilərdə ginekomastiya fizioloji ( normal) ola bilər. Məsələn, yeni doğulan oğlanlarda anadan keçən çox miqdar qadın hormonları nəticəsində onlarda ginekomastiya müşahidə olunur. Həm də yeniyetmə oğlanların 1/3-ində süd vəzləri böyüyə bilər. Kişilərdə 50 yaşdan sonra cinsi hormonların sayı azalır.

Patoloji ginekomastiyanın səbəbləri: -Hormonal pozğunluqlar. Bu şişlər, iltihabi proseslər, infeksion xəstəliklər nəticəsində ola bilər. Bu patologiyada kişi hormonları azalır, qadın hormonları artır. -Müxtəlif maddələrlə zəhərlənmələr, məsələn, zərərli peşə vərdişləri, alkoholizm -Qara ciyər sirrozu - ürək və böyrəklərin funksiyalarının pozulmaları -Herpes virusu infeksiyası -immunodefisit virusu - bəzi dərman preparatlarının qəbulu - narkotklərin qəbulu, xüsusilə marexuana, heroin və etil spirti cinsi orqanlara mənfi təsir edir.

Əlamətləri: Kişilərdə ginekomastiya 1 və ya 2 tərəfli ola bilər. Bu zaman süd vəzləri 2-15 sm- qədər diametrdə böyüyür. Döş gilələri enli olur, qadınlara bənzəyir. Döş giləsindən ağ, şəffaf maye xarıc olur. Kişilərdə cinsi funksiyalar pozulur, erektil disfunksiya yaranır. Spermalarda spermatozoidlərin miqdarı azalır.