Üzüm ağciyər xərçəngi müalicəsində faydalıdır


Digərləri 13 Okt 2018 22:35:00 270 0

Üzüm ağciyər xərçəngi müalicəsində faydalıdır

Üzüm qabığında olan resveratrol adlı maddənin nazal tətbiqi ağciyər xərçəngində effektiv təsir göstərir.

Son.az medicina.az-a istinadən bildirir ki, Scientific Reports elmi dərgisində çap olunan elmi araşdırmanın nəticəsində məlum olub ki, Cenevrə Universitetinin alimləri bu maddəni uğurla siçanların üzərində sınayıblar.

Resveratroд - təbii fitoaleksindir, o, parazit, bakteriya, göbələklərdən müdafiə reaksiyası yaradır. Araşdırmada məlum olub ki, bu maddə ağızdan qida kimi qəbul etdikdə faydalı xassəsini itirir. Həzm sistemi onu parçalayır. Ona görə maddəni buruna damcı yolu ilə daxil etmək daha yaxşı nəticə verir.