Rusiyada bir gündə üç qubernator istefa verib


Dünya 13 Okt 2018 22:38:00 221 0

Rusiyada bir gündə üç qubernator istefa verib

Başqırdıstanın başçısı Rüstəm Həmidov, Kursk vilayətinin qubernatoru Mixaylov və Zabaykalyenin qubernatoru Natalya Jdanova eyni gündə istefa verib. Onların üçü də bunu öz istəkləri ilə etdiyini deyib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, istefası barədə ilk olaraq Zabaykalyenin başçısı Natalya Jdanova bildirib. O, bölgəyə 2016-cı ilin fevralından başçılıq edib. Bildirdiyinə görə, onun istefası "son günlərdə ona qarşı yönəlmiş tənqid, ?hücumlarla və yayılmış mülahizələr və fərziyyələrlə əlaqəli deyil." Qubernator səlahiyyətləri bölgənin baş naziri Aleksandr Kulakov tapşırılıb.

Az sonra Kursk vilayətinin qubernatoru istefa etdiyini açıqladı. O, bölgəyə 2000-ci ildən başçılıq edib və onun namizədliyi seçkilərə "vahid Rusiya" partiyasından irəli sürülmüşdü. Seçicilərin 66,81% ona səs vermişdi. İstefanın rəsmi məktubunda "Kurks vilayətinin inkişafı daha cavan başçının idarəçiliyi altında olmalıdır." yazılıb.

İstefasından bir gün öncə Mixaylov hakimiyyətdən getməkdə olan qubernatora əlavə səlahiyyətlərin verilməsi barədə qərar imzalayıb. O üç il ərzində Kursk vilayətinin rəhbərliyinin qarajının xidmətlərindən istifadə etməyi, ildə iki dəfə Moskvaya regionun hesabına səfər etmək və ğldüyü zaman dəfn mərasiminin bölgənin büdcəsi hesabına təşkil olunması barədə qərar imzalayıb. Həmçinin, sabiq qubernatorun daimi yaşayış yerinin qarşısında üç il ərzində mühafizə postu olacaq.