Tüpürcək vəzlərinin sekresiyasının pozulması


Digərləri 13 Okt 2018 21:50:00 315 0

Tüpürcək vəzlərinin sekresiyasının pozulması

Ümumi məlumat: Tüpürcək vəzlərinin sekresiyasının pozulması - tüpürcək ifrazının pozulması ilə təzahür olur. Səbəbləri: Bu zaman 3 böyük tüpürcək vəzisinin ( qulaqətrafı, çənəaltı, dilaltı) patologiyası nəticəsində bu xəstəlik baş verir. Bu zaman tüpürcək vəzlərinin, sinir uclarının qıcıqlanması və ya innervasiyasının pozulması baş verir. Bu özünü hipersalivasiya ( sutkada 2 litr tüpürcəyin ifraz olunması), hiposalivasiya( sekresiyanın azlması) ilə təzahür olur. Bu patologiya Parkinson xəstəliyi olanlarda, beyin qan dövranı pozğunluğu olan, hamilələrin toksikozunda, üçlü sinirin nevralgiyasında  rast gəlinir. Klinikası: Hiposalivasiya ağızda quruluq ilə biruzə verir. Hiposalivasiya ümumi xəstəliklərin ( sepsis, pnevminiya, intoksikasiya, zəhərlənmələr, bədxassəli anemiya və s.) simptomu, həmçinin vəzlərin öz patologiyaları ( iltihab, vəzlərin tıxanması, atrofiyalar, quruluş anomaliyaları) kimi meydana çıxa bilər. Müalicəsi: Əsas müalicə xəstəliyin səbəbini aradan qaldırmaqdan ibarətdir. Hiposalivasiya zamanı ağız boşluğunu islatmaq lazımdır. Onkoloji proses zamanı tüpürcək vəzlərinə cərrahi müalicə tələb olunur. Son.az