Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib (FOTO)


Digərləri 13 Okt 2018 21:30:32 316 0

Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib.

Bakı. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib. Trend-ə Müdafiə Nazirliindən verilən məlumata səasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arenasında keçirilən yarışların açılış mərasimində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığına daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib. Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında, təlim mərkəzlərində göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.