“Gürcüstanı birgə xilas edəcəyik” – Saakaşvilinin müttəfiqindən


Dünya 13 Okt 2018 21:11:00 231 0

“Gürcüstanı birgə xilas edəcəyik” – Saakaşvilinin müttəfiqindən

Gürcüstanda prezidentliyə namizəd Qriqori Vaşadze Borçalıda azərbaycanlı seçiciləri ilə görüşüb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, o, seçki kampaniyası çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna gəlib.

Vaşadze soydaşlarımız qarşısında çıxış edib, onların problemlərini dinləyib. Prezident seçiləcəyi halda Borçalı sakinlərinin problemlərini həll edəcəyi vədini verib.

O, Borçalıya gəlişini əks etdirən görüntüləri Feysbuk səhifəsində paylaşıb və bu qeydi yazıb: "Bolnisini - Gürcüstanı birlikdə xilas edəcəyik. Gürcüstanın gücü və zənginliyi çoxmillətliliyidir".