Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları


Digərləri 13 Okt 2018 21:15:00 266 0

Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları

Zərərli vərdişlərdən olan siqaret çəkməkdən imtina zamanı orqanizmi tütünün təsirlərindən təmizləmək və onun yaratdığı bəzi hallardan yaxa qurtarmaq üçün müəyyən müalicə prosedurları tətbiq edilir.

Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov qeyd edib ki, hər kəs siqaret çəkməyə başladığı kimi ondan imtina da edə bilər. Əlbəttə, bu, ilk növbədə, daha çox iradə ilə bağlı olan məsələdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, tütündən istifadəni tərgidəndən sonra yarana biləcək hallar barədə bəzi məlumatlar verib.

Həkim-fitoterapevt qeyd edib ki, siqaret çəkib sonra imtina edənlər diş əti və ağız boşluğu həssaslığı ilə üzləşə bilərlər. Bu zaman gündə iki-üç dəfə soda ilə qarqara etmək tövsiyə olunur.