ETSN: Növbətçilik əsasında müşahidələr davam etdirilir


Digərləri 13 Okt 2018 21:09:43 213 0

ETSN: Növbətçilik əsasında müşahidələr davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb. Nazirlik tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən son məlumata görə, sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib: "Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir".