Körpəni yuxuya vermək üçün məsləhətlər


Digərləri 13 Okt 2018 20:05:00 258 0

Körpəni yuxuya vermək üçün məsləhətlər

Normal yuxu uşağın inkişafı və sağlamlığı üçün olduqca vacibdir. Lakin bəzən valideynlər uşaqlarda ciddi yuxu pozulmaları ilə üzləşir - uşaq yuxuya gedə bilmir, əziyyət çəkir, ağlayır, gecəni pis yatır, tez-tez oyanır və s.

Uşağın normal yatmamağı bəzi ailələr üçün əsl problemə çevrilir.

Bu vəziyyətdə nə məsləhət görmək olar?

Mütəxəssislər uşağı daha tez və asan yuxuya vermək üçün bu kimi vasitələrdən istifadə etmək tövsiyə edir:

- həyatın ilk aylarında süni monoton küy uşağa sakitləşdirici təsir edir və yuxuya getməyə kömək edir. Bunun üçün işləyən məişət cihazların (fen, tozsoran, paltaryuyan maşı) səsini istifadə etmək olar. İşləyən cihazın səsini diktofona yazmaq olar.

- sakit musiqi də uşağı sakitləşdirir və yatızdırır.

- uşaq çarpayıların üzərində asılan oyuncaqların hərəkətləri və səsi uşağı yatızdırır.

- bəzi uşaqlara yuxuya getməyə müxtəlif əşyalar kömək edir (yumşaq oyuncaq, yumşaq dəsmal, ananın paltarı və s.).