Britaniyanın varlı xarici ovu: Zamirədən sonra növbədə kimlərdir?


Digərləri 13 Okt 2018 19:46:00 283 0

Britaniyanın varlı xarici ovu: Zamirədən sonra növbədə kimlərdir?

London bütün varlılar üçün sakit cənnət yeri olmaqdan imtina edib. Britaniyalılar çoxlu sayda gələn korrupsionerlərin və cinayətkarların həyatını çətinləşdirmək barədə qərar qəbul ediblər.

İlk dəfə olaraq yeni silahdan - pulların vicdanla qazanıldığını sübut edə bilməyən şəxslərin əmlakının müsadirə edilməsi hüququndan istifadə edilib.

Yeni kampaniyanın ilk qurbanı vətənində mənimsəmə ittihamı ilə məhkum edilən Azərbaycanın keçmiş bankirinin xanımı olub.

Məhkəmə ona debüt order yazılmasına icazə verib və hazırda o, Londonun ən bahalı ərazilərindən birində ev və gözəl bir vilayətdə qolf sahəsi almaq üçün on milyonlarla dolları haradan aldığını izah etməlidir.

Azərbayncan Beynəlxalq Bankının keçmiş sədrinin xanımı Zamirə Hacıyevanın ekstravaqant həyat tərzi Böyük Britaniyanın cinayətkarlıqla mübarizə Milli Agentliyinin (NCA) bu müharibədə ilk hücumunu nümayiş etdirməsi üçün ideal hədəf olub. Agentlik artıq növbəti hücuma, o cümlədən ruslara qarşı hücuma hazırlaşır.

Hacıyeva özünü Azərbaycanda ədalətsiz təqibin qurbanı adlandıraraq hər şeyin qanuni yolla qazanıldığını deyir. Tabloidlər (sarı mətbuat) isə onun bahalı mağazalarda xərclədiyi milyonlardan, şəxsi təyyarə və şərab zirzəmisi almasından yazır. Ov mövsümü başlayıb, oyun başlayıb. BBC-nin rusca xidməti oyunun qaydalarını araşdırıb.

Kimin arxasınca gələ bilərlər

"Biz hər yerdən - digər hüquq-mühafizə orqanlarından, ölkədən kənar və "Transparency International" kimi qeyri-hökumət təşkilatlarından informasiya alırıq və diqqətlə araşdırırıq",-deyə NCA-nın iqtisadi və kibercinayətkarlıq üzrə direktoru Donald Tun BBC-ə bildirib.

"Bizim işimiz çoxdur və əgər yaxın altı-yeddi iş barədə danışsaq burada bizim diqqət obyektimizə Afrika, Cənubi Asiya, keçmiş SSRİ və Rusiyadan olan insanlar daxildir". Ad çəkməyən Donald Tun deyib.

BBC News Azərbaycanca tərəfindən edilən nömrəli YouTube paylaşımını ötürün

Xəbərə aid video