Bakıda iki uşaq tapılıb VİDEO


Digərləri 13 Okt 2018 19:47:00 247 0

Bakıda iki uşaq tapılıb  VİDEO

Bakıda avtobusun sonuncu dayanacağında iki azyaşlı uşaq tapılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iddialara görə, qardaş-bacı olduğu bildirilən azyaşlılar valdeyinləri tərəfindən dilənçiliyə məcbur edilib.

Azyaşlılar oktyabrın 9-u gecə saat 12 radələrində 53 saylı avtobusun son dayanacağında tapılıblar. Daşıyıcı şirkətin əməkdaşları məsələ ilə bağlı polisə məlumat verib. Polis də uşaqları sığınacağa təhvil verib.

Uşaq sığınacağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, usaqların fiziki zorakılığa məruz qaldıqları ehtimal edilir. Onun sözlərinə görə, uşaqların bir- birlərinə qarşı ünsiyyətlərində aqresivliyin müşahidə olunması onaların yaşadığı mühit barədə təəssürat yaradır. Görünür, onlar daim sərt və aqressiv münasibətə məruz qalıblar.


Xəbərə aid video