Adi çuğundurun orqanizmə olan inanılmaz faydaları


Digərləri 13 Okt 2018 19:25:00 233 0

Adi çuğundurun orqanizmə olan inanılmaz faydaları

Çuğundur bağırsaqlar üçün ən faydalı tərəvəzlərdən biridir.

Qidalı liflərlə zəngin olduğundan çuğundur bağırsaqları yaxşı təmizləyir, xeyirli mikrofloranın artmasına kömək edir, bağırsaq xərçənginin riskini azaldır.

Mütəxəssislər çuğunduru beyin üçün də çox xeyirli hesab edir. Çuğundur beyinin fəaliyyətini  stimullaşdırır, beyin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır, Alsheymer xəstəliyinin riskini azaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, çuğundur qanazlığı zamanı da faydalı sayılır. Lakin bunun səbəbi çuğundurda olan dəmir deyil. Dəmirin əsas mənbəyi ətdir. Çuğundurda dəmir azdır. Bundan əlavə meyvə və tərəvəzlərdə olan dəmir orqanizm tərəfindən çox pis mənimsənilir. Çuğundurun qana olan faydası onun tərkibində olan fol turşusundadır.