Azərbaycanın iqtisadiyyatı inkişaf edir son 15 ildə


Digərləri 13 Okt 2018 19:11:00 268 0

Azərbaycanın iqtisadiyyatı inkişaf edir  son 15 ildə

Son 15 ildə Azərbaycanın iqtisadiyyatı böyük inkişaf yolu keçib. Ölkəmizin təkcə ixrac həcmi və ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilər artımın hansı səviyyədə olduğunun göstəricisidir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə ölkəmizin ticarət dövriyəsi 4,7 dəfə, ixrac isə 6 dəfə artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəsinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseynin sözlərinə görə, son 15 il ərzində atılan düzgün və düşünülmüş iqtisadi addımlar nailiyyətlərin əldə edilməsinə şərait yaradıb.

Bu illər ərzində ölkəmiz neftdən asılılığı minimuma endirmək üçün uğurlu addımlar atılıb və bu öz bəhrəsini verib.


Xəbərə aid video