Almaniyadan oğurlanmış 170 min manatlıq avtomobil Azərbaycanda tutuldu VİDEO


Digərləri 13 Okt 2018 19:12:00 314 0

Almaniyadan oğurlanmış 170 min manatlıq avtomobil Azərbaycanda tutuldu  VİDEO

Azərbaycan vətəndaşı Babək Nəzərov kirayə adı ilə götürdüyü 170 min manatlıq avtomobili oğurlayıb.

O, Almaniyadan qaçırdığı son model avtomobillə Azərbaycanda tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Babək Nəzərovun idarə etdiyi "Mercedes'' markalı son model avtomobil saxlanılıb.

Həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, avtomobil Almaniyanın Münxen şəhərində kirayə avtomobil verən şirkətlərdən birinə məxsusdur. Dindirmə zamanı Babək Nəzərovun digər cinayət əməlləri də üzə çıxıb.