Badamdarda sürüşmə sahəsində vəziyyət gərgindir


Digərləri 13 Okt 2018 19:08:00 247 0

Badamdarda sürüşmə sahəsində vəziyyət gərgindir

Badamdar qəsəbəsində ötən gün baş verən sürüşmə ərazisində vəziyyət gərgindir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında ərazidə yenə sürüşmə baş verib.

Hadisə baş verən əraziyə səhər saatlarında Baş nazirin müavini Hacıbala Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov gəliblər. Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında vəziyyətin çox gərgin olduğunu deyib.

Onun sözlərinə görə, sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb. Halbuki, 6 nasos gecə-gündüz bu ərazidə işləyir. "Sürüşmə zonasının altında 4-6 metr dərinlikdə çuxurlar yaranıb. 32 metrlik svaylar vurulub, amma sürüşmə 42 metr dərinlikdə aktivdir. Hazırda bura heç bir müdaxilə mümkün deyil. Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib, lakin rəyə görə onları hər hansı təhlükə gözləmir",- deyə baş nazirin müavini qeyd edib.

Eldar Əzizov isə bildirib ki, bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən, burada post qurulub. Bununla yanaşı, vaxtilə bu ərazidə tikinti işləri görməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır.