İmtahanlarla bağlı daha bir yenilik:


Digərləri 13 Okt 2018 18:32:00 213 0

İmtahanlarla bağlı daha bir yenilik:

"Buraxılış imtahanında sinifdə xüsusi cihaz quraşdırılacaq. Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq. Mətn publisistik və ya dialoq ola bilər. Mətnin məzmunu sadə, həcmi isə az olacaq".

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanının birinci mərhələsində xarici dil üzrə şagirdlərə 15 sual təqdim olunacaq: "Bu sualların 6-sı dinləmə mətninə aiddir. Şagird ingilis dilindən mətni dinlədikdən sonra sualları cavablandıracaq. Mətn publisistik və ya dialoq ola bilər. Mətnin məzmunu sadə, həcmi isə az olacaq. 15 sualın 4-nün qapalı, 2-nin isə açıq olması nəzərdə tutulub".