Bu dövlət qurumları maşınlarını satır


Digərləri 13 Okt 2018 18:36:00 235 0

Bu dövlət qurumları maşınlarını satır

İki böyük dövlət qurumu noyabrda keçiriləcək hərraca istifadəsiz avtomobillərini çıxarıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 13 noyabr tarixində keçirilməsi planlaşdırılan auksiona ümumilikdə 10 avtomobil təqdim olunub.

Beş avtomobili hərraca Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, digər beş avtomobili isə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi təqdim edib.