DİQQƏT! Cibgirlər aktivləşib, 46 saylı sərnişin avtobusunda saxlanıldı


Digərləri 13 Okt 2018 18:12:00 271 0

DİQQƏT! Cibgirlər aktivləşib, 46 saylı sərnişin avtobusunda saxlanıldı

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat, insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, E.Hüseynov metrostansiyalarda cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar