Cinsi performansı artıran QİDALAR
Digərləri 13 Okt 2018 18:16:00 319 0
Testosteron hormonu sadəcə cinsi əlaqə üçün yox, eyni zamanda sağlamlıq üçün də önəmli rola sahibdir.
Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu hormon əzələ gücünü artırır, psixoloji vəziyyəti yaxşılaşdırır və sümükləri gücləndirir. Gündəlik baş verən stress, səhv qidalanma testosteron hormonunun azalmasına səbəb olur. Bu hormonu isə sink və D3 vitamini artırır. Cinsi performansı artırmaq üçün aşağıdakı qidalardan qəbul edin.
Bal
Qan dövranının yaxşı olması cinsi performansa müsbət təsir edir. Təbii bal bu işdə sizə kömək edir. Balın tərkibində testosteron miqdarını artırmağa kömək edən boron mineralı və nitrik oksid var. Nitrit oksid qan damarlarını genişləndirir və ereksiyanı sürətləndirir.
Balqabaq tumu
Balqabaq çəyirdəyi prostata xeyirdir. Onun tərkibindəki maddə prostat vəzlərini genişləndirir. Bu təsiri isə cinsi problemlərin qarşısını alır. Eyni zamanda tez-tez sidiyə çıxma probleminin də qarşısını alır. Kişilər gün ərzində bir ovuc balqabaq tumu yeməlidir.
Nar suyu
Nar suyu cinsi istəyi artırır, insanın psixoloji vəziyyətini yaxşılaşdırır, stresi ortadan qaldırır. Bir stəkan sıxılmış nar suyu bir çox problemi həll edir.
Stridiya
Sink mənbəyidir. Testosteron hormonlarını artıran ən vacib elementlərdən biri sinkdir. Gərgin idman məşqindən sonra orqanizmdə testosteron səviyyəsi azalır. Bunu artırmaq üçün isə sink tərkibli qidalar qəbul etmək lazımdır.
Zeytun yağı
Aparılan bir tədqiqat zamanı məlum olub ki, üç həftə ərzində zeytun yağı ilə qidalanan insanlarda testosteron hormonunun miqdarı 17% artıb. Gündəlik həyatınızda zeytun yağını süfrədən əksik etməyin.