"16 yaşımda 8 nəfər fəhlənin briqadiri idim"


Şou-biznes 13 Okt 2018 18:20:00 289 0

"16 yaşımda 8 nəfər fəhlənin briqadiri idim"

Əməkdar artist Bəhram Bağırzadə "Mədəniyyət" kanalında yayımlanan "Bakı gecələri" verilişinin qonağı olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyor uşaqlıq illərindən danışıb:

"Həyatda hər şeyə sevgiylə yanaşmaq lazımdır. Mənim atam o vaxt Daxili İşlər Nazirliyinin polkovniki idi. Amma mən 16 yaşımda fəhlə işləyirdim. Atam da tələbə vaxtı Rusiyada fəhlə işləyib. İşimi o qədər sevirdim ki, iki aydan sonra mənə səkkiz nəfər fəhləyə briqadir təyin etdilər. Gərək hər işi sevərək görəsən. Şəkil çəkəndə də, rol oynayanda da, səhnədə, təşkilatı işlərdə nə qədər iş görmüşəmsə, hamısını sevərək etmişəm". 

B.Bağırzadə ötən əsrin 90-cı illəri barədə danışarkən, "Bakılı oğlanlar"ın Rusiyadakı qələbələrindən də söz açıb: