Kanadanın baş naziri: “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ümid edirik”


Siyasət 13 Okt 2018 17:44:00 338 0

Kanadanın baş naziri: “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ümid edirik”

"Kanada Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ümid edir".

Son.az report-a istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Jastin Trüdo erməni həmkarı Nikol Paşinyanla Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

O, regionun xalqlarının rifahı naminə ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinin davam etməsinin, münaqişənin dinc yolla tənzimlənməsi üçün danışqların aparılmasının vacibliyini vurğulayıb.